12 May 2021 10:02
1 253
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ramazan ayının 29-cu, yəni sonuncu günüdür.

Teleqraf.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-ü (şəvval ayının 1-i) Ramazan bayramıdır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı isə Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır.

QMİ-nin Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur.

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb.


Müəllif: Teleqraf.com