15 May 2021 18:11
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-c i il in yanvar-mart ayları ərzində Azərbaycanda sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 42,5 faiz azalıb.

Teleqraf.com xəbər verir ki, dəmiryolu nəqliyyatı ilə 2021-ci ilin yanvar-mart aylarında 476,2 min sərnişin daşınıb, 2020-ci il in eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 56,0 faiz azalma müşahidə olunub.

Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 34,7 faiz azalaraq 3,2 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 252,6 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz azalma qeydə alınıb.

Sərnişinlərin 92,6 faizi avtobus, 7,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 32,1 faiz azalıb.

Hava nəqliyyatı ilə 122,3 min və ya 72,0 faiz az sərnişin daşınıb, daşımaların 99,0 faizi dövlət, 1,0 faizi isəözəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.


Müəllif: Teleqraf.com