20 May 2021 15:49
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa istər ATƏT-in Minsk qrupunun üzvü kimi, istərsədə diplomatik baxımdan Dağlıq Qarabağ məsələsində bitərəf mövqeyini qorumalı idi”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Gəncə şəhərində səfərdə jurnalist, islamşünas alim İfrak Kərim Ahmed bildirib. Onun sözlərinə görə, Fransa hökumətinin Azərbaycana qarşı tuttuğu mövqe təəssüf doğurur:

“Biz bilirik ki, Fransa hökumətinin Azərbaycana qarşı qərəzli mövqeyi siyasi xarakterlidir. Siyasət isə sabah dəyişə bilər. Onu bildirim ki, bu mövqe fransız xalqının mövqeyini əks etdirmir. Biz Azərbahycanda yaşayan franszılarla görüşdük. Onlarda Fransa hökumətinin siyasi mahiyyət daşıyan mövqeyindən təəccüblənib və məyus olublar. Buna baxmayaraq xalqlar arasında, xüsusən burada yaşamış və hazırda yaşayan azərbaycanlı dostlarla sıx əlaqələr davam edir. Bir daha qeyd edirəm ki, Fransa hökuməti Dağlıq Qrabağ məsələsində bitərəf mövqeyini qorumalı idi”, deyə, fransalı jurnalist sözlərinə əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər