30 May 2021 16:43
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 864 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 324 103 nəfər müalicə olunaraq sağalıb, 4 907 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 854 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 535, bu günə qədər isə ümumilikdə 3 509 174 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər