31 May 2021 12:19
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlillik təyinatları ilə bağlı narazılığı olan bir neçə əlil Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) binası qarşısında etiraz aksiyası keçirib.

TƏBİB-dən Teleqraf.com-a bildirilib ki, narazı vətəndaşlar qurumun nümayəndələri tərəfindən qəbul edilib:

“Əlillik və pensiya təyinatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən aparılmır. Tibb müəssisələri yalnız həkim rəyinin əks olunduğu Forma-88 arayışı təqdim edir. Əgər vətəndaş həkim rəyini düzgün hesab etmirsə, o zaman həmin şəxsin müraciətinə fərdi qaydada baxıla bilər”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər