Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) “Azərbaycan Könüllük Xidməti” Proqramının iştirakçıları və üzv təşkilatlarının fəallarından ibarət nümayəndə heyəti Azərbaycanı Bolqarıstanda keçirilən “Könüllülük- Uğura Aparan Yol” adlı beynəlxalq tədbirdə təmsil edib.
ARGTMŞ-nın tərəfdaşı olan Bolqarıstanın “Alternativ İnternational” təşkilatı tərəfindən “Erasmus Plus” Proqramı çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan ilə yanaşı Bolqarıstan, Gürcüstan, Makedoniya, Çexiya Respublikası və Rumınıya təmsil olunub.
Məqsəd tədbirdə təmsil olunan ölkələrin iştirakçıları arasında konüllülüklə bağlı təcrübə mübadiləsinin aparılması ve gənclərin könüllülük fəaliyyətinə cəlb olunması ilə məşğulluğunun artırılmasının yeni modellərinin formalaşdırılmasıdır. Tədbir həmçinin Avropa ölkələrinin gəncləri arasında tolerantlıq, qarşılıqlı anlaşma və həmrəyliyin təşviq edilməsini nəzərdə tutur.
Tədbirdə könüllülük mövzusunda seminarlar, təlimlər və işçi qruplar təşkil olunub. İştirakçı ölkələrdə könüllülük və gənclərin məşğulluğunun artırılması sahəsində görülən işlər üçün təqdimat mərasimi həyata keçirilib. Azərbaycanda bu istiqamətdə görülən işlərlə bağlı həyata keçirilən işlərlə bağlı keçirilən təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və “Azərbaycan Könüllülük Xidməti” Proqramı bu sahədə uğurlu bir model kimi qəbul olunub. Azərbaycan həmçinin tədbirin son günündə keçirilən mədəniyyət gecəsində də uğurla təmsil olunub. Azərbaycanın qədim, milli rəqsləri, mətbəxi, musiqiləri və geyimləri, eləcə də Azərbaycanın cari inkişafını əks etdirən video-çarxlar iştirakçıların nəzərinə çatdırılıb.
Bəxtiyar