8 İyun 2021 15:11
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran rayon xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunduğundan toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Həmin materiallar ərazi aidiyyəti üzrə müvafiq rayon prokurorluqlarına göndərilib.

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər