Milli Qurtuluş dövlətin qurulma tarixidir. 1992-ci ildə ümumilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının nizamnaməsində əsas prinsipləri yazmışdı. Burada sosial ədalət prinsipi də öz əksini tapmışdı. Biz bu gün onu yerinə yetiririk. Qanun layihəsi təqdirə layiqdir. Qeyd etmək istərdim ki, yenilikləri təqdim edəndə hər iki tərəfin maraqlarını nəzərə almalıyıq. Avropa standartlarına uyğun qanun qəbul ediriksə, əhalimizin buna hazırlığını da nəzərə almalıyıq.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, 20 Yanvar, Qarabağ şəhidləri, Çernobıl əlilləri və digər kateqoriyaya aid şəxslərə münasibət eyni olmalıdır.
O əlavə edib ki, Çernobıl hadisəsi zamanı minlərlə azərbaycanlı iştirakçı olub: “Əfqanıstan müharibəsində 8 min insan iştirak edib. 8 mindən üç mini ümummilli liderin çağırışı ilə Ermənistanın işğalçılıq siyasətinə qarşı vuruşub. Eləcə də I Qarabağ müharibəsində 80 min insan iştirak edib, onun 15 min əlil, 11 mindən çoxu da şəhid olub.
Ümumilikdə Azərbaycanda bu kateqoriyaya aid olan 21500 nəfər əlil var. Son müharibə zamanı əlilliklə bağlı dəqiqləşmələr getdiyindən mən rəqəm açıqlamaq istəmirəm. Bunlar həssas təbəqədir. Onların yenidən yoxlamadan keçməsi əslində onları incidir”.
Komitə sədri bildirib ki, 2019-cu ildə prezident sosial sahədə böyük proqram təqdim edib və bunun üçün 3 miyard maliyyə ayırıb: “Prezident bu sahəyə xüsusi diqqət edir”.
Komitə sədri daha sonra vurğulayıb ki, müharibə veteranlarına 80 manat kommunal xərclərin ödənməsi üçün müavinət verilirdi: “Hamısı da bunu fəxarət hissi ilə qeyd edirdi. Mən təklif edirəm ki, bu məbləğ Çernobıl əlillərinə verilən məbləğə - 130 manata uyğunlaşdırılsın. Beləcə biz 100 min veteran və qazilərin kommunal problemini həll edə bilərik”.
S.Novruzovun fikrincə, ümumilikdə əlillərinin sayının artması daha çox avtomobil qəzalarının və tikintidən təhlükəsizlik qaydalarına riyaət edilməməsi səbəbindən baş verir.