Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə ANAMA tvitterdə məlumat yayıb.
“Görüşdə qardaş ölkənin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə mümkün töhfəsi barədə fikir mübadiləsi aparılıb”, - agentlikdən bildirilib.