12 İyun 2021 15:45
336
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” UEFA Avro-2020-nin paytaxtımızda baş tutacaq 4 oyunu ilə əlaqədar tamaşaçıların kəsintisiz və keyfiyyətli telekommunikasiya, internet və mobil xidmətlərlə təmin edilməsi məqsədilə şəbəkə infrastrukturunu optimallaşdırıb.

Teleqraf.com xəbər verir ki, Bakı Olimpiya Stadionu və ətraf ərazilər, eləcə də komandaların təlim-məşq keçirəcəyi stadionlar və yerləşəcəyi otellərdə xidmət göstərən mobil baza stansiyalarınının tutumları artırılıb, təkmilləşdirmə işləri görülüb.

Qeyd edək ki, fasiləsiz və dayanıqlı rabitənin təmin edilməsi məqsədilə mobil şəbəkə avadanlıqlarının və beynəlxalq rominq xidmətinin yoxlanılması işləri tamamlanıb. Oyunların keçiriləcəyi ərazilərdə 24/7 rejimində çalışacaq “Nar” əməkdaşları şəbəkəni tam nəzarətdə saxlamaq məqsədilə gücləndirilmiş rejimdə çalışacaq.

Qeyd edək ki, “Nar” şəbəkəsi haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8760-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər