Türkiyədə məsciddən bulağın 10 su kranı oğurlanıb.
Teleqraf.com xəbər verir ki, hadisə İstanbuldakı Sultanqazi məscidində baş verib.
Oğurluq hadisəsi kamera qeydlərinə düşüb. Daha əvvəl də məscidin əl-üz yuyan yerindən və tualetindən kran oğurlanıb. Məscidin axundu Əbdülbəkir Tezbaşaran bildirib ki, artıq üçüncü dəfədir ki, məsciddən su kranları oğurlanır:
“Anbarımızdakı 30 ton su boşa getdi. Bunu edən kimdirsə, gəlsin, ehtiyacı olanı verim. Bunu etməklə qul haqqına da girmiş olur”.