14 İyun 2021 16:40
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qızılağac Milli Parkının Masallı rayonunun ərazisindən keçən hissəsində “Meşələri yanğından qoruyaq” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, tədbirdə Milli Parkın əməkdaşları iştirak edib.

Tədbir iştirakçılarına ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən ictimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib və mövzu ilə bağlı suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com