3 Noyabr 2014 22:35
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlində səfərdə olan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində (AAKM) azərbaycanlı alim, tələbə və diasporun təmsilçiləri ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mərkəzin icraçı direktoru Samira Patzer-İsmayılova AMEA-nın nümayəndə heyətinin Almaniyadakı Azərbaycan diasporuna maraq göstərməsinin, diasporun intellektual potensialına yüksək dəyər verməsinin sevindirici olduğunu bildirib.

AMEA prezidenti, akademik Akif Əlizadə isə Azərbaycan elminin bugünkü durumu, AMEA-nın strukturu, gördüyü işlər, yeni araşdırma, tədqiqat sahələri və gələcək planlar barədə iştirakçılara məlumat verib. O, eyni zamanda Almaniyada yaşayan azərbaycanlı alimlərin və təhsil almaqda olan tələbə-doktorantların Milli Elmlər Akademiyası ilə gələcəkdə daha sıx əməkdaşlıq etməsinin vacib əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, Berlin səfəri çərçivəsində AMEA nümayəndə heyəti Azərbaycan səfirliyində də Almaniyada yaşayan Azərbaycan mənşəli alimlərlə görüşərək “Azərbaycan-Almaniya ikitərəfli münasibətlərdə elmin yeri və rolu” mövzusunda müzakirələr aparıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər