18 İyun 2021 11:35
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə kreditləri daha çox dövlət sifarişi qalmaqla yanaşı, öz hesabına təhsil alan tələbələri əhatə edəcək. Burada məqsəd Ali təhsilin hər kəs üçün əlçatan olmasının təmin edilməsidir.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində nazir Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, bununla sosial, həssas qruplardan olan vətəndaşların Ali təhsil almaq imkanı artacaq:

"Növbəti tədris ilindən daha çox tələbənin maaliyyələşməsini təhsil tələbə kreditləri ilə həyata keçirə biləcəyik. Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra, növbəti tədris ilindən tətbiq ediləcək".

Nazir bildirib ki, tələbə kreditləri iki qrupa veriləcək:

"Sosial, həssas ailə qruplarından və standart qrupa aid olan tələbələrə aid olacaq. Təhsil tələbə kreditləri veriləndə ilkin mərhələdə ehtiyacla yanaşı, giriş balları da nəzərə alınacaq. Yüksək bal burada əsas rol oynayacaq. Bununla rəqabətliliyi də tətbiq edə biləcəyik. Əgər kreditlər verildikdə tələbənin qiymətləri yüksəkdirsə, güzəştlər də nəzərdə tutulacaq. Təhsil tələbə krediti kommersiya yox, təhsilin əlçatanlılığı xarakteri daşıyır. Fond dövlət büdcəsindən maaliyyələşir. Tələbə öz təhsilini bitirdikdən sonra təxminən 20 il ərzində vəsaiti ödəyə biləcək. Tələbə hərbi xidmətdə olduğu müddətdə, yaxud da işləmədiyi müddətdə kiçik möhlət hüququ veriləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər