“Hər il yer üzündə eroziya, səhralaşma, quraqlıq, iqlim dəyişikliyi və digər səbəblərdən 24 milyard ton torpaq itirilir. 24 milyard ton ərazini itirmək hər il 1,2 milyard insana təsir edir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Ziraat Odaları Birliyinin (TZOB) sədri Şəmsi Bayradar açıqlayıb.
O, hər ötən il artan torpaq deqradasiyasının qarşısını almaq və torpağı qorumaq üçün qlobal tədbirlərin görülməli olduğunu vurğulayıb:
“Səhralaşma ilə mübarizə yerli və qlobal əməkdaşlıq tələb edir. Təxminən 10 milyon insan səhralaşma və ya torpaq deqradasiyası səbəbindən bölgələrini tərk etmək məcburiyyətində qalır. Türkiyəni də əhatə edən Aralıq dənizi bölgəsində isə tropik və subtropik çöl ekosistemləri əhəmiyyətli dərəcədə risk altındadır.
Yer üzündə torpaqları genişləndirmək və ya su ehtiyatlarını artırmaq mümkün olmadığından, vəzifəmiz bu qaynaqları çirkləndirmədən, məhv etmədən səmərəli, davamlı şəkildə istifadə etmək və gələcək nəsillərə təmiz, məhsuldar qoyub getməkdir”.