Bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. 1369 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib.
Həmin vaxtda da dünyanın bir çox müsəlman ölkələrində bu gün İmam Hüseyn və onun tərəfdarları yad edilir. Dünya müsəlmanları o vaxtdan Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər.
Qafqaz Müsəlmanları İdarəsinin və Səhiyyə Nazirliyinin təşəbüssü ilə ənənəvi qanvermə aksiyası keçirilir. Bu il qanvermə aksiyası Yasamal rayonu Təzəpir məscidi, “Hacı Soltanəli” məscidi, Nəsimi rayonu Əjdərbəy məscidi, Səbail rayonu Bibi-Heybət məscidi, İçərişəhər cümə məscidi, Suraxanı rayonu Qaraçuxur məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu Keşlə qəsəbə məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri Böyükbazar məscidi, Bərdə şəhər “Cümə” məscidlərində təşkil edilib.
Qanvermə aksiyası saat 7-dən başlayıb. Bu saata qədər Təzəpirdə 240-a qədər insan qan verib.
Onlar qan verməzdən öncə ilkin müayinədən keçirilir, müvafiq analizlər götürülür. Ümumilikdə bir nəfərdən 200 ml qan götürülür.
Teleqraf.com Təzəpir məscidində keçirilən mərasimdən fotoları təqdim edirik:
FOTO Elçin Murad