23 İyun 2021 16:48
254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 84 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 625 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 794 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib, aktiv xəstə sayı 866 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 948, ötən müddət ərzində isə ümumilikdə 3 698 172 test aparılıb.


Müəllif: Teleqraf.com