Medianın İnkişafı Agentliyinin əməkdaşı, Vətən müharibəsi qazisi Dilavərzadə Vasif Rasif oğlu iyunun 24-də Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilir ki, Vasif Dilavərzadə 44 günlük Vətən müharibəsindəki şücaətlərinə görə “Vətən ugrunda”, “Cəbrayılın azad edilməsinə görə”, “Kəlbəcərin azad edilməsinə görə” medallarına da layiq görülüb.
O, həmçinin “10 illik qüsursuz xidmətə görə” medalı və “Silahlı Qüvvələrin 100 illiyi” yubiley medalları ilə təltif edilib.