29 İyun 2021 18:48
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 26 iyun – Silahlı Qüvvələr günü münasibətilə Nazirliyin Qarabağ Regional Mərkəzinin şəxsi heyəti ilə görüş keçirib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələb və təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda nizami ordu quruculuğu sahəsində həyata keçirdiyi tarixi işlərdən ətraflı bəhs edib. Natiq bildirib ki, Ulu Öndərin 22 may 1998-ci il tarixində imzaladığı Fərmanla 26 iyun-Azərbaycan Pespublikasının Silahlı Qüvvələr günü təsis edilib və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur. İttifaq sədri qeyd edib ki, Ulu Öndərin mütərəqqi siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilmiş tədbirlər sayəsində Azərbaycan Ordusu bu gün dünyanın ən qüdrətli ordularından biri hesab olunur. 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıq və şücaət bunun bariz sübutudur. Mehman İsmayılov 44 günlük Vətən müharibəsindən bəhs edərkən vurğulayıb ki, “Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.”

Natiq çıxışında vurğulayıb ki, Vətən müharibəsində FHN-in aidiyyəti qurumları ilə birlikdə Qarabağ Regional Mərkəzinin şəxsi heyəti də öz vəzifəsini layiqincə yerinə yetirib. Müharibə zamanı mənfur düşmənin mülki insanları hədəfə alması, dağıntılar törətməsi nəticəsində zərər görmüş mülki əhalinin təxliyəsi, dağıntılar altından xilas edilməsi, mülki infrastruktura dəymiş zərərin aradan qaldırılmasında vəzifə borcunu şərəflə yerinə yetirib.

Sonda FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən Regional Mərkəzin bir qrup əməkdaşına fəxri fərman və hədiyyələr təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər