5 Noyabr 2014 12:40
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov ölkənin sabiq prezidenti Roza Otunbayeva ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə 2015-ci ilin aprelində keçirəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə edilib. Forumun qlobal əhəmiyyətini vurğulayan eks-prezident mərkəzin dəvətini qəbul edərək növbəti tədbirdə iştirak edəcəyini bildirib. Qeyd edək ki, R.Otunbayeva buna qədər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis toplantısına da qatılıb.

R.Muradovla R.Otunbayevanın görüşündə Azərbaycan və Qırğızıstan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolu, Nizami irsinin Qırğızıstanda təbliği, “Otunbayeva Fondu” ilə əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb. Eks-prezident rəhbərlik etdiyi “Otunbayeva Fondu”nun layihələri çərçivəsində qırğız uşaqlarını Nizami Gəncəvi yaradıcılığı ilə tanış etdiklərini bildirib və bu fəaliyyəti gələcəkdə daha da genişləndirmək niyyətində olduqlarını deyib.

Qeyd edək ki, III Qlobal Müştərək Cəmiyyətlər Forumunda 40-dan artıq ölkənin sabiq və hazırkı dövlət və hökumət rəhbərinin iştirakı gözlənilir.

Səxavət


Müəllif:

Oxşar xəbərlər