14 İyul 2021 18:37
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Göyçay rayonu, İnçə kəndində yerləşən, fiziki şəxs Sədiyev Vasif Ağasəf oğluna məxsus kafedə yoxlama keçirib.

AQTA-dan Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi və müəssisədə sanitar vəziyyətin qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl olunmadığı müəyyən olunub.

Eyni zamanda, əməkdaşların dövri tibbi müayinədən keçirilmədiyi aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər