18 İyul 2021 01:04
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin vəsaitlərini hansı məhsullara xərclədiyi məlum olub.

Teleqraf.com-un məlumatına görə, hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,4 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi avtomobil benzini və dizel yanacağının, 5,3 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 19 milyard 383,1 milyon manatlıq məhsul satılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər