18 İyul 2021 18:30
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 18-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa İttifaqı Şurasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov və digər rəsmi şəxslər yola saldılar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər