24 İyul 2021 20:28
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bu gün koronavirusdan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 340 057 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 907 nəfər müalicə olunaraq sağalıb, 5 002 nəfər vəfat edib. 3 148 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 381, bu günə qədər isə ümumilikdə 3 965 397 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər