Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən toy mərasimlərinin keçirildiyi obyektlərdə yoxlamalar aparılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, keçirilən yoxlamalar zamanı rayonun Çuxuryurd kəndi ərazisində yerləşən “Star” hoteldə təşkil edilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb.
Aşkarlanan pozuntularla bağlı hotelin icarədarı Məqsəd Bağırov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat cərimələnib.