31 İyul 2021 21:02
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsi üçün sabah helikopter göndərəcək.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

"Sabah səhər bizim bir yanğın helikopteri də meşə yanğınlarının baş verdiyi hadisə yerinə tərəf uçuş edəcək və günün sonunda hadisə yerində yanğınla mübarizəyə başlayacaq" - E.Mirzəyev qeyd edib.


Müəllif: Teleqraf.com