3 Avqust 2021 09:40
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 7 gündür davam edən yanğınların zərərsizləşdirilməsində azərbaycanlı yanğınsöndürənlərin dəstəyi davam edir.

Teleqraf.com xəbər verir ki, yanğınlar zamanı həmyerlilərimizin yanan evlərdən Türkiyə bayraqlarını çıxarması diqqət çəkib.

Marmarisdə yanan evdən Türkiyə bayrağını çıxaran Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Kamil Dünyamalıyev yalnız bayrağı xilas edə bildiyini deyib: “Evə daxil oldum, baxdım ki, insan yoxdur. Bayrağı gördüm və özümlə götürdüm. İnsan necə önəmlidirsə, bayraq da o qədər önəmlidir. Son canımıza qədər Türkiyənin yanındayıq”.

Digər yanğınsöndürənimiz Tural Məmmədov da həmkranının davranışını təkrarlayıb: “Türkiyə bayrağı bizim bayraqdır. Azərbaycan, yaxud Türkiyə bayrağı, heç bir fərqi yoxdur”.


Müəllif: Aysel Azad