10 Avqust 2021 11:46
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son aylarda Azərbaycanda vaksinasiya prosesi daha sürətli gedir".

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərərgah hər gün 40-60 min insanın peyvənd olması haqda məlumatlar yayır: "Ümumilikdə görürük ki, artıq 5 milyondan çox insan peyvənd olunub ki, bunların da 2 milyondan çoxu iki dozanı alıb. Bildiyiniz kimi, vaksinin qoruyuculuğu ikinci dozadan bir müddət sonra formalaşır. Epidemik prosesin qırılması üçün isə daha çox, yəni kütlənin təxminən 70-80 faizinin tam vaksin olunması məqbul sayılır. Bu baxımdan yaxın vaxtlarda əhalinin yarıdan çoxunun tam peyvənd olunacağı mümkündür".

Baş infeksionist qeyd edib ki, hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir: "Yadda saxlamaq lazımdır ki, az saylı da olsa, peyvənd olunmağa həqiqi əksgöstərişi olan insanlar da mövcuddur. Ona görə də peyvənd olunanların sayı artdıqca həmin əhali qrupunu da qorumuş oluruq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər