Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Cəyirli kəndi ərazisində yerləşən, Rövşən Rzayevə məxsus fərdi yaşayış evində təşkil olunan toy mərasimində 50 nəfərdən artıq qonağın iştirak etdiyi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, aşkarlanmış qayda pozuntuları ilə bağlı toy sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.