Almaniyanın milli aviadaşıyıcısı - “Lufthansa” şirkəti ölkənin Frankfurt şəhərindən Bakıya uçuşları bərpa edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.
Məlumata görə, aviaşirkətin təyyarəsi hava limanında ənənəvi olaraq su arkası ilə qarşılanıb.
Bakıdan Frankfurta uşuş hər həftənin şənbə günləri həyata keçiriləcək.