13 Avqust 2021 14:12
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl Xətai rayonu, Vunqtau küçəsində yaşıllıq ərazidə baş verən yanğınla bağlı aparılan araşdırmalar başa çatıb.

Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Məlumata görə, yanğın zamanı 47 şam ağacının yandığı və təbiətə 37 800 manat məbləğində ziyan dəydiyi hesablanıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, yanğının qəsdən törədilməsində şübhələr olduğu və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün toplanmış sənədlər Xətai rayon Prokurorluğuna göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər