14 Avqust 2021 11:10
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şadlıq saraylarında keçirilən yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Bəyaz Palace” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Şəfi Bəkdəmirov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər