Qərbi Kaspi Universiteti tərəfindən avqustun 17-i saat 15:00-da Hindistanlı professor Bhola Khanın vebinarı təşkil olunacaq. Vebinar Covid-19 pandemiyasından əvvəl və Covid-19 pandemiyası müddətində "Beynəlxalq biznesin vəziyyəti" mövzusunu əhatə edəcək. Professor Khan İqtisadiyyat üzrə fəlsəfə doktorudur, 4 kitab müəllifidir. Bir neçə xarici ölkədə akademik fəaliyyətlə məşğul olmaqdadır, əsas tədris istiqamətləri Makroiqtisadiyyat, İqtisadi böyümə və Ekonometrikadır.
Teleqraf.com-un məlumatına görə, vebinar ictimaiyyət üçün açıqdır, iştirakçılara sertifikatlar təqdim olunacaq.
Vebinar ingilis dilində təşkil olunacaq.
Link: