7 Noyabr 2014 22:15
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Hesablama Palatasının Kollegiya iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Neftçala rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, dövlət büdcəsinin yerli xərclərindən Qazax Mərkəzi Rayon Xəstəxanasına və Zaqatala Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.


Müəllif: