20 Avqust 2021 14:26
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində iki nəfərin Xanbulan çayı ətrafında naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Cənub Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Əməliyyat şəraiti qiymətləndirilərkən paytaxt sakinləri olan həmin iki nəfərin (ər-arvad) yolu azıb geri qayıda bilmədikləri və Xanbulan su anbarının digər sahilində köməksiz vəziyyətdə qaldıqları məlum olub.

Hər iki şəxs FHN-in xilasediciləri tərəfindən xilas olunub. Onlar ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər