Ağdam rayon sakinlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
Teleqraf.com xəbər verir ki, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkil etdiyi səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən cümə məscidini, İmarət kompleksini, dram teatrının və çörək muzeyinin qalıqlarını, eləcə də Qiyaslı məscidini və Şahbulaq qalasını ziyarət edəcəklər.