Oktyabrın 1-dən məktəbəqədər hazırlıq qruplarında dərslər başlayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
O əlavə edib ki, bu ildən etibarən tələbələrə təhsil tələbə kreditlərinin verilməsinə başlanacaq.
Nazir qeyd edib ki, ali təhsil müəssisələrində tədris 29 sentyabrdan başladığı üçün tədris planının sürətləndirilməsi tövsiyə edilir:
"Hər bir ali təhsil müəssisəsi öz təhsil planını hazırlayıb tələbələrə təqdim edəcək".