17 Sentyabr 2021 19:35
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə həyata keçirilən monitorinqlər davam etdirilir".

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, aparılan monitorinqlər tarixi abidələrin hazırkı vəziyyəti, onlara edilmiş qanunsuz müdaxilə halları, vandalizm, özününküləşdirmə faktlarının müəyyən edilməsi və mədəni irs nümunələrinin inventarlaşdırılmasını təmin edəcək: "Əldə olunan faktlar tarixi abidələrin bərpa və konservasiya olunmasının prioritetləşdirilməsi baxımından məlumat bazası, reyestr rolunu oynayacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər