Müdafiə Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə Şəhid analar və övladları İsa Bulağına səfər ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov da tviter hesabında paylaşıb edib.
“Səfər edənlərin arasında bu gün 9 yaşı tamam olan Əli Hacıyev də var. Şəhid mayor Ramid Hacıyevin oğlu deyir ki, atamın sayəsində Şuşada ad günümü keçirirəm”, - deyə o, özünün tvitterdəki hesabında yazıb.