20 Sentyabr 2021 14:20
293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Bakının Zirə kəndində təşkil olunacaq.

Teleqraf.com-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, istehlakçıların tərəvəz məhsullarına olan təlabatının əhəmiyyətli hissəsini öz üzərinə götürən bu kəndin istixana sahiblərinin problem və təklifləri dinləniləcək.

“Səyyar qəbul otağı” sentyabrın 21-də saat 12:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək. Əsas məqsəd sahibkarlıq subyektlərinin daha rentabelli olmasını, daha rahat işləməsini, daha dayanıqlı olmasını təmin etməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər