22 Sentyabr 2021 11:45
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni tədris ili ilə bağlı imzalanan təlimat bu gündən qüvvədədir".

Teleqraf.com xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Təhsil müəssisələrində pandemiya qaydalarına dair təlimat təsdiqlənib: "Əvvəlki illərdə olduğu kimi mövcud şəraitə və sanitar epidemiya qaydalarına uyğun olunaraq tənzimlənib. Burada şagirdlərarası sıxlığın idarə olunması və prosesdə iştirak edənlərin peyvənd olunması ilə bağlı da tənzimləmələr var. İnanıram ki, risklər olsa da, təhsili davam etdirmək istəyi cəmiyyətin də marağında olacaq. Ara məsafəsi, gigiyena və peyvəndlənmə prosesində davamlı iştirak etməklə ənənəvi təhsil prosesini uzada bilərik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər