11 Noyabr 2014 16:58
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyənin Enerji və Təbii Sərvətlər nazirliyində Xəzər Strateji İnstitutunun (HASEN) fəaliyyətə başlamasının 2-ci ildönümü ilə bağlı konfrans keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən Teleqraf.com-a daxil olan xəbərə görə, tədbir HASEN-in fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi ilə başlanıb. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər naziri Tanər Yıldız və HASEN-in baş katibi Haldun Yavaşın çıxış ediblər. Çıxışlar əsnasında HASEN-in Xəzər regionu üzrə verdiyi tədqiqat xarakterli töhfələr, həmin qurumun gənc bir təşkilat olmasına baxmayaraq qısa bir müddət ərzində enerji məsəslələrində oynadığı əhəmiyyətli rol, yaxın şərq və Ukraynada baş vermiş hadisələrin Xəzər regionunun əhəmiyyətinə təsiri və Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Trans Anadolu qaz boru kəməri (TANAP) layihələrinin həyata keçməsində Azərbaycan-Türkiyə əməkdaşlığının sıxlığına dair məqamlara toxunulub.

Daha sonra Türkiyənin neft-qaz korporasiyası (TPAO), SOCAR-Türkiyə, Türk dövlət boru kəməri şirkəti (BOTAŞ) və TANAP şirkətlərinin nümayəndələrinin HASEN-ə ilə əməkdaşlıq müqavilələrinin imza mərasimi keçirilib.

Tədbir zamanı Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Tanər Yıldıza Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov tərəfindən Azərbaycan Dövləti Xatirə medalı təqdim olunub.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər