12 Noyabr 2014 14:59
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

12 noyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Respublikasının Konstitusiya gününə həsr olunmuş toplantı keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə on doqquz il əvvəl, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı tarixi seçimini edərək ümumxalq səsverməsi – referendum yolu ilə ölkəmizin müstəqillik illərində ilk Konstitusiyasını qəbul edilib.

FHN Akademiyasının müəllimləri “Azərbaycan Respublikasının Konstitusiyası ümummilli lider Heydər Əliyevin şah əsəridir” və “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər ölkədə demokratiyanın inkişafına xidmət edir” mövzularında məruzələr ediblər.

Sonda Azərbaycan Respublikasının Konstitusiyasına həsr olunan videoçarxın nümayişi olunub.


Müəllif:

Oxşar xəbərlər