19 Oktyabr 2021 13:45
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli şəhərində İkinici Qarabağ müharibəsi qələbəsinə həsr olunan “Zəfər Parkı və İşğal muzeyi” inşa olunacaq. Hazırlanacaq parkda Zəfər abidəsi də qurulacaq. Abidədə “44 sütün” zəfər tarixinin müddətini əks etdirəcək.

Bu barədə Teleqraf.com-a abidənin ideya müəllifi, əməkdar rəssam, təsviri sənət fəlsəfəsi, elmlər doktoru Rəşad Mehdiyev məlumat verib.

O bildirib ki, yaxın zamanda abidənin inşasına başlanacaq:

“İdeya gəldi, təklifimi irəli sürdüm və bir neçə layihə arasından seçildi. Hələ abidə hazır deyil. Eskiz layihəsi təqdim olunub. Nə qədər vaxta başa gələcəyi ilə bağlı hələ ki, məlumat vermək mümkün deyil”.


Müəllif: Aysel Azad