21 Oktyabr 2021 17:57
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün MDB PA-nın 2 daimi komissiyasının və səhiyyə üzrə ekspert şurasının videokonfrans formatında iclasları keçirilib.

Teleqraf.com xəbər verir ki, iclaslarda 2020-cu ildə görülən işlər təhlil edilib, icraatlarda olan məsələlərə nəzər salınıb, model qanun və tövsiyə layihələri fikir plüralizmi şəraitində müzakirə olunub, rəy və təkliflər irəli sürülüb.

Həmçinin komissiya iclaslarında təşkilati məsələlərə baxılıb, hər üç strukturun növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib. İlk olaraq MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclası keçirilib.

İclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva da iştirak edib. MDB-yə üzv dövlətləri üçün dayanıqlı inkişaf konsepsiyalarının layihələri və MDB-yə üzv dövlətləri üçün dayanıqlı inkişaf konsepsiyalarının qanunverici əsaslarıhaqqında məruzə dinlənilib, seçkiləri və referendumları müşahidə üzrə MDB ölkələrinin beynəlxalq müşahidəçiləri üçün yeni tövsiyə layihəsi üzərində görülən işlər nəzərdən keçirilib. Sonra dövlət və bələdiyyə sektorunda seçkilərin keçirilməsinin bir çox aspektləri, həmçinin xidmətlərin göstərilməsi, əmlakın özəlləşdirilməsikimi məsələlərlə bağlımodel qanun layihələrimüzakirə olunub.

Qeyd edək ki, Milli Məclisin deputatı Jalə Əliyeva “MDB üzv-dövlətləri üçün dayanıqlı inkişaf konsepsiyaları layihələri və MDB üzv-dövlətləri üçün dayanıqlı inkişaf konsepsiyalarının qanunverici əsasları haqqında” məsələilə bağlı səsvermədə Azərbaycan tərəfinin xüsusi mövqeyə malik olduğunu ifadə edib və buna görə də səsvermədə bitərəf qaldıqlarını bildirib. MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyanın onlayn iclasında isə gündəlikdə duran “Radiaktiv çirklənməyə məruz qalmış ərazilərin hüquqi rejimi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”(yeni redaksiyada),“İstehsal və istehlak tullantıları haqqında” ”(yeni redaksiyada),“Xüsusi mühafizə olunan təbiət əraziləri haqqında”(yeni redaksiyada), “Ekoloji informasiyanın əlçatanlığı haqqında”(yeni redaksiyada), “Ekoloji fondlar haqqında”, “Arıçılıq haqqında”, “Orqanik kənd təsərrüfatı haqında”, “Mədənçıxarma fəaliyyətinin ətraf ərazidə yaşayan əhalinin sağlamlığına potensial təsirinin qiymətləndirilməsi haqqında” model qanun və tövsiyə layihələrinə baxılıb, digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. İclasda Milli Məclisin deputatı, MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyanın sədr müavini Mixail Zabelin də iştirak edib. MDB PA nəzdində Səhiyyə üzrə Ekspert Şurasının iclasında “MDB üzv-dövlətlərində dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün bioetika, müqayisəlisəhiyyə və bərpa prinsipləri”mövzusunda informativ sessiya keçirilib.

Sessiyada MDB üzv-dövlətlərində dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün dövlətlərin milli səhiyyə sistemlərinin təkmilləşdirilməsi aspektləri, biotəhlükəsizliyin təminatının hüquqi-təşkilatı yönləri, ilkin sosial-iqtisadi şərtlərin korrelyasiyasıkimi məsəllər araşdırılıb, fikir mübadiləsi aparılıb.Bu tədbirdə Milli Məclisin deputatı Anatoliy Rafailov iştirak edib.


Müəllif: Teleqraf.com