27 Oktyabr 2021 14:59
347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə koronavirusinfo.az saytı məlumat yayıb.

Məlumata görə, ən yüksək yoluxma faizi yenə də Bakı şəhərində qeydə alınıb - 53,4 faiz.

Abşeronda 13,4 faiz, Aranda 12,4 faiz, Gəncə-Qazaxda 7,3 faiz, Şəki-Zaqatalada 3,6 faiz, Quba-Xaçmazda 3,3 faiz, Lənkəranda 2,5 faiz, Dağlıq Şirvanda 2,2 faiz, Yuxarı Qarabağda 1,5, Naxçıvanda 0,06 faiz təşkil edir.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 520 068 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 486 426 nəfər müalicə olunaraq sağalıb, 6 939 nəfər vəfat edib, aktiv xəstə sayı 25 655 nəfərdir.


Müəllif: Teleqraf.com