25 Noyabr 13:49
206

Yanvarın 1-dən artıq əlilliklə bağlı pensiyaların artımı icra olunacaqdır. Ümumiyyətlə isə 2 200-dən artıq vətən müharibəsi qazisinə pensiya təyin edilib və bu iş davam etdirilir.

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Zəfər Avtoyürüşü zamanı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, müharibə əlillərinin və şəhid ailələrinin müdafiəsi hər zaman dövlətimizin sosial siyasətinin mərkəzində olub və onlara hər zaman diqqət qayğı göstərilib.

"Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi olaraq bu kateqoriyaya aid olan vətəndaşlarımıza çox saylı sosial xidmətlər göstərilir. Təkcə bu il 33 min vətəndaşımız sosial xidmətlərdən yaralanıb. Bu Zəfər yürüyüşü də məhz Vətən müharibəsi əlillərinə verilən avtomobillərlə keçirildi. Bu il 150 avtomobil bu kateqoriyaya aid olan vətəndaşlarımıza təqdim edilib və proqram gələn ildə davam etdiriləcək",-deyə o bildirib

H.Abdullayev həmçinin qeyd edib ki, vətəndaşlarımıza göstərilən sosial xidmətlərin bir sahəsidə onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu ildə 3 min vətəndaşımız fərdi evlər və mənzillərlə təmin olunacaqdır.

"Artıq 2 minə yaxın mənzil vətəndaşlarımıza təqdim edilib.Bundan əlavə əsas sosial dəstək layihələrinin biri də özünəməşğulluqdur. Bu il ərzində 5 500-ə yaxın qazi və şəhid ailələri özünüməşğulluq proqramına cəlb edilib",-deyə o bildirib./Trend/


Müəllif: Teleqraf.com