Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti onlayn vətəndaş qəbulu keçirib.
Teleqraf.com-un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, videoformatda keçirilən görüş zamanı baş direktor Ruslan Əliyev Cəlilabad rayonu, onun istismar üzrə müavini Cahid Hüseynov Masallı rayonu, əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Biləsuvar rayon sakinlərinin müraciətlərini dinləyiblər.
Vətəndaşlar qəbul zamanı qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri İstehsalat Birliyinin rəhbər şəxslərinə çatdırıblar. Bundan əlavə, vətəndaşlar qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər də ünvanlayıb. Baş direktor və müavinləri Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxslərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.