30 Noyabr 2021 17:02
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən hərbi helikopterin qəzaya uğraması zamanı yaralanan iki nəfər hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) Hospitalındadırlar”.

Teleqraf.com xəbər verir ki, bunu DSX-nin rəisi müavini İlham Mehdiyev deyib.

O qeyd edib ki, hadisə zamanı yaralanan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlunun vəziyyəti normaldır: “Onlar ayaq üstədirlər”.

Qeyd edək ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər