Təhsil Nazirliyi Bakı Dövlət Universitetində (BDU) dekan və kafedra müdiri vəzifəsinə qəbul üçün müsabiqə elan edib. Ali məktəbdə 8 fakültə dekanı və 29 kafedra müdiri vəzifəsi boşdur. Universitetdə birdən-birə bu qədər vakansiyanın elan edilməsi ictimaiyyətdə maraq doğurdu.
Teleqraf.com məsələ ilə bağlı BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə əlaqə saxlayıb.
Universitetin mətbaut xidmətindən bildirilib ki, pandemiya dövrü səbəbilə vakant yerlərə seçki keçirilməyib: “Bakı Dövlət Universitetində (BDU) dekan və kafedra müdirləri seçkili proses əsasında seçilir. Pandemiya dövründə seçki prosesini təşkil eləmək mümkün olmadı. Seçki səlahiyyət müddəti bitdiyinə görə boş yerlərin sayı bu qədər çoxdur. Bu səbəbdən hazırda boş qalan yerlərə vakansiya elan olunub”.